“Xəzər GLX” MMC Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq 2006-cı ildə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 aprel 2006-cı ildə istehsalat subyekti və hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. “Xəzər GLX” MMC Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən yoxlanılmışdır və aşağıda qeyd olunan işləri həyata keçirmək üçün müvafiq mütəxəssislərə, BDT-nin tələblərinə və müvafiq standartlara uyğun avadanlıqlara malikdir.