"Azərişıq" ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, "Azərişıq" ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini bu gün də aparılır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Əlavə olaraq yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır və kabel xətləri çəkilir. İnkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilir.